SON XƏBƏR

Mobil şirkətlər 2 aya 251 milyon manat qazanıb

Mart 18
12:54 2016
Cari ilin yanvar-fevral ayları ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 251,6 mln. manatlıq xidmət göstərib ki, onun da 71,5%-i əhali sektoruna aid olub.
 
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,7% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,3%-i qeyri-dövlət sektorunun payına düşüb.
 
Xidmətlərdən əldə olunmuş gəlirlərin 48,6%-i və ya 122,2 mln. manatı mobil telefon rabitəsindən yaranıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook