SON XƏBƏR

MN: 'Hərbçimizin həlak olması barədə yayılan xəbərlər yalandır'

Avqust 31
09:13 2016
"Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonundan hərbi xidmətə çağırılmış əsgər Qəmbərov Vüsal Razim oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil”.
 
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir. Mlumatda qeyd olunub ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və hazırda araşdırma aparılır.

Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək bildirir ki, Silahlı Qüvvələr haqqında yoxlanılmamış və rəsmi təsdiq edilməmiş məlumatların verilməsi qəbuledilməzdir.
 
Qeyd edək ki, bəzi KİV-də Naxçıvandakı N saylı hərbi hissənin əsgəri, Şəmkir rayon, Tatarkənd sakini 1997-ci il təvəllüdlü Qəmbərov Vüsal Razim oğlunun ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olduğu barədə məlumat yayılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook