SON XƏBƏR

MKİ-nin direktoru İsraildə səfərdədir

Noyabr 06
09:39 2023
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Vilyam Börns İsraildə səfərdədir.

"Report” "The New York Times”a istinadən xəbər verir ki, direktor ölkə rəhbərliyi və kəşfiyyatının nümayəndələri ilə görüşəcək.

Nəşrin məlumatına əsasən, səfərin məqsədlərindən biri Amerikanın regiondakı tərəfdaşları ilə kəşfiyyat əməkdaşlığına dair öhdəliklərini gücləndirməkdir. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru İordaniya və bir sıra başqa ölkələrə də səfər edəcək.

Qəzetin qeyd etdiyi kimi, əvvəllər ABŞ-nin Əmmanda səfiri vəzifəsində çalışmış Bönsün İordaniya kralı II Abdullahla yaxşı münasibətləri var.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook