"Missiya Media Qrupu"ndan Birinci vitse-prezidentin təşəbbüsünə dəstək: hərbi qulluqçulara sovqat aparılacaq
Dekabr 20
22:47
2020
"Missiya Media Qrupu" hərbi qulluqçularımızın ailəsinə dəstək məqsədilə yeni aksiyaya başlayacaq.
Qlobal.az xəbər verir ki, bu barədə "Missiya Media Qrupu" məlumat yayıb.
Qeyd edək ki, "Missiya Media Qrupu" Vətən müharibəsi dövründə də aksiya həyata keçirmişdi. Qrupun əməkdaşları həmin günlərdə, Bakının Nizami rayonundan cəbhəyə yollanmış əsgər və zabitlərin ailələrini ziyarət edərək onlara zəruri sovqat bağlamaları çatdırmışdılar. 44 gün davam edən bu aksiya 200-dən artıq ailəni əhatə etmişdi. Müharibənin başa çatmasına baxmayaraq, Qrup bu gün də şəhid ailələrinə və qazilərimizə dəstək verməkdə davam edir. Bundan başqa, müharibə günlərində həm Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı, həm də "Missiya Media Qrupu" adından birbaşa cəbhəyə də sovqatlar da göndərilib.

"Missiya Media Qrupu"nun sabahdan etibarən başlayacağı aksiya isə bilavasitə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və "Bravo” supermarketlər şəbəkəsinin başlatdığı, işğaldan azad olunmuş ərazilərdəki hərbi qulluqçulara dəstək aksiyası ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyacaq. Qrup öz növbəsində işğaldan azad olunmuş ərazilərdə xidmət edən Bakı şəhər, Nizami rayon sakinlərinin ailələrini ziyarət edəcək, onların zəruri ehtiyaclarının ödənilməsinə çalışacaq.
Xatırladaq ki, "Missiya Media Qrupu"nun rəhbəri Türk Dünyası Ağsaqqaları qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədovdur.
Qlobal.az