SON XƏBƏR

Misirdə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

Aprel 14
13:31 2018
Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzadıb.
 
APA-nın "RT”-yə istinadən verdiyi xəbərə görə, yanvarın əvvəlində Misir prezidenti tərəfindən analoji fərman imzalanmışdı.
 
Misirdə fövqəladə vəziyyət rejimi ötən il İsgəndəriyyə və Tanta şəhərlərində baş verən iki terror aktından sonra tətbiq edilib. O zaman xristian kilsələrində törədilən partlayışlar nəticəsində 40-dan çox insan həyatını itirib. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook