SON XƏBƏR

Misir Prezidenti Azərbaycana səfər edəcək

Fevral 23
11:56 2022
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əl-Sisi Azərbaycana səfər edəcək.

Bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən səfər təxirə salınmışdı.

Səfir əlavə edib ki, Əbdülfəttah əl-Sisinin Bakıya səfərinə hazırlıq məqsədilə Misir xarici işlər naziri Sameh Şükrü Bakıya gələcək. Lakin diplomat Misir Prezidentinin Bakıya səfərinin dəqiq tarixini açıqlamayıb.//Report.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook