Misir məhkəməsi Hüsni Mübarək barəsində çıxarılan hökmü qüvvədə saxlayıb
Yanvar 10
11:13
2016
Misirin Kassasiya Məhkəməsi sabiq prezident Hüsni Mübarəkin, habelə onun iki oğlu - Camal və Əlinin korrupsiya işlərindən biri üzrə apelyasiya şikayətini rədd edib və onların üç il müddətinə azadlıqdan məhrum olunması və iri məbləğdə (125 milyon Misir funtundan çox) cərimə edilməsi barədə əvvəl çıxarılmış hökmü qüvvədə saxlayıb. Misir KİV-ləri xəbər verir ki, ölkənin sabiq lideri və onun oğulları 2002-ci ildən 2011-ci ilədək prezident saraylarının təmirinə ayrılmış dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.
Prokurorluğun məlumatına görə, ayrılmış dövlət vəsaiti Qahirədə, Aralıq dənizi sahilindəki Şərm-əl-Şeyx və Əl-Alameində şəxsi villa və ofislərin tikintisinə və tamamlama işlərinə xərclənib.



