Misir ehramlarında yadplanetli sirri – Video
Mart 20
15:30
2016
Misir piramidaları hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdi. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli sürülüb.
Axar.az xəbər verir ki, ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə – fironun doğum və taxtaçıxma günlərində düşür. Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir.
İndiyədək bu ehramların necə tikilməsi sirr olaraq qalır. Əgər işçilərin hər gün fövqəltəbii olaraq 10 kubmetr daşı üst-üstə qoyduqlarını fərz etsək, onda Xeops ehramındakı təxminən 2,5 milyon kubmetrlik daşı haradasa 250000 gün (644 il) ərzində bir-birinin üstünə qoymaq tələb olunur. Halbuki ehramlar 20-30 il ərzində tikilib.
Bəs bəşəriyyətə bu günə kimi sirli qalan bu ehramlar e.ə XXX əsrdə necə tikilib?
Bəzi alimlər iddia edir ki, ehramların tikintisində yadplanetlilərin rolu olub. Bu fərziyələri gücləndirən səbəblər var. Çünki 55 əsr öncə belə ehramların tikintisi insan ağlının məhsulu ola bilməzdi.
Alimlər ehramların özəlliyini belə təqdim edir:
Ehramın daxilinə bir qabda çirklənmiş su qoysanız, bir-neçə gündən sonra onu təmizlənmiş vəziyyətdə görəcəksiniz.
Ehramın daxilində süd bir-neçə gün xarab olmadan qalır və sonra yoqurta çevrilir.
Bitkilər ehramların daxilində daha tez inkişaf edirlər.
Ehramın daxilində 5 həftə qalmış sudan üz lasyonu kimi istifadə etmək mümkündür.
Zibilqabındakı yemək qalıqları ehramın daxilində heç bir qoxu vermədən "mumiyalaşır”.
Kəsik, yanıq, sıyrılma yaraları həcmi böyük ehramların daxilində daha tez sağalır.
Ehramların içərisi yayda soyuq, qışda isə isti olur.
"Nəhəng Ehram”ın küncləri Nilin deltasını xəyali olaraq iki eyni hissəyə ayırır.
Giza ərazisindəki üç ehramın bir-birinə nəzərən yerləşmə şəkli Pifaqor üçbucağı formasındadır, yəni, ehramlar bu xəyali üçbucağın təpələrini əmələ gətirir. Üçbucağın yanlarının bir-birinə nisbəti isə 3X4 və 3X5-dir.
"Nəhəng Ehram”ın dörd küncünün sahə ölçüsü onun hündürlüyünün kvadratına bərabərdir.
"Nəhəng Ehram” Yer kürəsinin quru ərazisinin mərkəzində yerləşir.
Ehramlar böyük günəş saatını xatırladır. Oktyabrın ortası və martın əvvəli aralıqlı müddət ərzində ehramın kölgələr "diaqram”ı mövsümləri və ilin uzunluğunu göstərir. Ehramı əhatələyən daş lövhələrin uzunluğu isə bir günün kölgə uzunluğuna bərabərdir. Kölgələr "diaqram”ının daş lövhələr üzərindəki hərəkəti sayəsində bir günün 0,2419 zaman kəsimində ilin uzunluğunu hesablamaq mümkündür.
"Nəhəng Ehram”dan Yer kürəsinin mərkəzinə (nüvəsinə) qədər olan məsafə onunla Şimal qütbü arasındakı məsafəyə bərabərdir. Eləcə də bu məsafə Şümal qütbüylə Yer kürəsinin mərkəzi arasındakı məsafə ilə eynidir.
Ehramın hündürlük nöqtəsinin künclərə nəzərən yerləşmə şəkli çevrənin mərkəzində yerləşmiş nöqtə kimidir.
Ehramın dörd üzünün əmələ gətirdiyi üçbucaqlar isə dünyanın ən böyük üçbucaqları sayılır.
"Nəhəng Ehram”ın bir küncündən onun təpəsinə qədər olan məsafə Şimal qütbünə qədərki məsafəni, kənar uzunluğu isə ekvatorun uzunluğunu ifadə edir.
Ehramlardakı bəzi otaqlarda nə olduğu məlum deyil. Oraya girməyə müvəffəq olmuş tədqiqatçılar isə geri qayıtmayıb. Bəzi tədqiqatçılar isə müxtəlif texnoloji üsullardan istifadə etsələr də, məqsədlərinə nail ola bilməyiblər.
Qlobal.az