SON XƏBƏR

Mirzə Xəzərə orden verilsin... – İsa Qəmbərdən təklif

Fevral 03
13:34 2020
"Mirzə Xəzər "Şərəf”, "Şöhrət”, hətta "İstiqlal” ordeninə tam layiqdir”. 

Qaynarinfo xəbər verir ki, bu təklifə İsa Qəmbər çıxış edib. O, qeyd edib ki, azərbaycanlı jurnalist, publisist-naşir Mirzə Xəzərə ölümündən sonra da olsa bu ordenlər verilməlidir:

"Mirzə Xəzər vəfat etdi... Azərbaycanımızın səsini dünyaya çatdırmaqda misilsiz xidmətləri olan, xüsusən 1990-cı il yanvar hadisələrində xalqımızın yanında olan, informasiya blokadasını buzqıran gəmi kimi yaran bu böyük insanı heç bir zaman unutmayacağıq. Məncə, Mirzə Xəzər sağa-sola gen-bol paylanan ordenlərin hər birinə - "Şərəf”, "Şöhrət”, hətta "İstiqlal” ordeninə tam layiqdir. Heç olmasa ölümündən sonra verilə bilər”.

İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyəti olaraq 1990-cı ildə Mirzə Xəzərin milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Məhəmməd Əmin Rəsulzadə mükafatına layiq görüldüyünü də qeyd edib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook