Mirşahin Ağayev vaxtilə televiziyada demədiyini facebookda dedi
Oktyabr 02
12:03
2016
Tanınmış teleaparıcı, əməkdar jurnalist Mirşahin Ağayev bir məsələni gündəmə gətirib. Özünün facebook səhifəsində M.Ağayev yazıb: "Azərbaycan xalqı qarşısında sanballı xidmətləri olmuş məşhur həmvətənlərimizin çoxunun məzarı təəssüf ki, qürbətdədir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarının Ankaradan Azərbaycana köçürülməsi ilə bağlı zaman-zaman məsələ qaldırılıb.
M.Ağayev yazıb: "Azərbaycan xalqı qarşısında sanballı xidmətləri olmuş məşhur həmvətənlərimizin çoxunun məzarı təəssüf ki, qürbətdədir. Azərbaycan Demokratik Respublikasınını banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadə doğma vətəni Azərbaycanda yox, qardaş Türkiyə torpağında uyuyur. O həmişə arzulayırdı ki, vətəninə qayıtsın. Kommunist Azərbaycanında bu arzunun gerçəkləşməsi mümkün olmadı. İndi bütün maneələr aradan qalxıb. "Bir kərə yüksələn bayraq bir daha enməz!” kəlamının müəllifini evə qaytarmaq lazımdır!”
Qlobal.az



