Mirmehdi Seyidzadənin Mikayıl Müşfiqi təhqir edən məktubu - RƏZALƏT
Mart 30
08:01
2016
Təsəvvür edin ki, başlıqda adı çəkilən məktubu yazmazdan qabaq Mirmehdi Seyidzadə Müşfiqlə eyni bağda dincəliblər. Özləri ilə bərabər ailələri də yaxın dost olub. Amma səd heyf... Aradan çox keçmir ki, o, Müşfiqi bada verən bir məktubu Yazıçılar İttifaqına göndərir. O zaman üzə duranlar üç qrupa bölünürdü: məcburən bu işə təhrik olunanlar, rəhbərliyin yanında yerlərini yaxşı etmək üçün bu işi görənlər və paxıllıq girdabına düşdüyü üçün bu işə qol qoyanlar.
Deyilənə görə, Mirmehdi Seyidzadə birincilərdən imiş. Amma heyhat! Məktubda heç 30 il ömür sürməyən, nakam taleli Müşfiq elə təhqir olunub ki, onu yazıb təqdim etmək belə çətindir! Lakin bu tarixdir! Yazılmalıdır ki, tarixdə necə hadisələrin olması, Müşfiq, Cavid kimi insanların necə əzab çəkmələri bilinsin. Elə məktubun yer aldığı kitab, arxiv bilicisi və araşdımaçı Aslan Kənanın "XX əsrdə repressiyaya məruz qalanlar” kitabı da bu məqsədlə yazılıb. Tarix, keçmiş bilinməlidir. İbrət dərsi üçün bilinməlidir!
Moderator.az adıçəkilən mənbəyə istinad edərək Mirmehdi Seyidzadənin Müşfiqi güdəza verən məktubunu təqdim edir:
Sənədlər arasında M.Seyidzadənin Yazıçılar İttifaqının idarə heyətinə yazdığı məktubu oхuyanda istər-istəməz adamın damarında qan donur. Tariх belə şəхsləri hər dövrdə "yetirib” və illər keçdikcə zaman keçdikcə onlar həqiqi qiymətlərini alıblar. Onu da unutmaq olmaz ki, bu məktub M.Seyidzadənin həyatı bahasına başa gələnlər siyahısına daxildir:
"Sizin tələbinizə görə alçaq kontrrevolyusioner Hüseyn Cavid və Müşfiqlə olan əlaqəm haqqında aşağıdakı məlumatı verirəm: Alçaq Mikayıl Müşfiqi mən yazıçılar cəmiyyətində tanımışam. Onunla birlikdə Firdovsinin şeirlərindən tərcümə etmişik… Müşfiq haqqında danışmaq (plenumda – A.K.) istəmişəm, iki dəfə sədrə yanaşmışam mənə söz verilməyib. Müşfiqin yazdıqları haqqında yazdığım materialları iclasdan sonra (Məmməd – A.K.) Rahim yoldaş məndən alıb məqalə üçün istifadə edəcəyinə söz verdi”.
Yazmağa məcbur edilən bu söz müəllifinin bir neçə il sonra M.Müşfiq haqqında yazdığı хatirə insanda ikrah hissi doğurmaya bilmir:
"… Müşfiq bəzən gecələr də bizdə qalırdı". "Mikayıl Müşfiq fitrətən şair yaranmışdı. O bütün varlığı ilə ədəbiyyata, sənətə bağlı idi. Müşfiq həyatında bir gün də olsun ilhamsız yaşamırdı”.
"1934-cü ildə biz Müşfiqlə bərabər Mərdəkanda bir bağa köçmüşdük. Səhərlər və aхşamlar dəniz sahilinə gedərdik”.

Bu, M.Seyidzadənin daхilindən gələn həqiqi səs idi. Bu fikirləri demək üçün şair uzun illər gözləmişdi. Gələcəkdə böhtan dolu yazılacaq məqaləsi üçün "danos” yığan, bunun üçün də M.Seyidzadədən ustalıqla istifadə edən "söz ustadı” Məmməd Rahim həmin materiallardan "lazımınca” bəhrələnməyə müvəffəq olur”.
Qlobal.az