Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı
Yanvar 21
11:12
2025
Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi şantajla üzləşib."Qafqazinfo” xəbər verir ki, bununla bağlı Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib. O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul ödətdirib.
Müraciətlə bağlı ilkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.
Qeyd edək ki, son vaxtlar naməlum şəxslərin məşhurların adından istifadə etməsi ilə bağlı dələduzluq hallarına rast gəlinir. Belə ki, onlara tanışlarının nömrələrinə oxşar və ya eyni vatsap nömrələri ilə zəng edərək pul almaları hallarına da rast gəlinir.