“Minsk qrupu o vəziyyətdədir ki, hətta Araik Arutyunyan kimi bir quldur da...”
Dekabr 15
14:51
2020
"Minsk qrupu o vəziyyətdədir ki, hətta Araik Arutyunyan kimi bir quldur da...”
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra bu qurumun fəaliyyəti yenidən müzakirə predmetinə çevrilib. Çoxillik fəaliyyətsizliyi ilə yadda qalan həmsədrlərin yenidən aktivləşməsi birmənalı qarşılanmayıb. Müşahidəçilərin bir qismi qurumun fəaliyyətinin tamamilə dayandırılmasının vacibliyini vurğulayarkən, digər kəsim Rusiya sülhməramlılarının yerinə Qarabağdakı vəziyyətin tənzimlənməsinin Minsk qrupuna həvalə edilməli olduğunu təklif edir.
Sözügedən məsələ ətrafında Yenisabah.az-a danışan Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hər iki təklifin bir qədər qəribə səsləndiyini, lakin Minsk qrupunun fəaliyyətinin sonlandırılması ilə razılaşdığını diqqətə çatdırıb:
"Minsk qrupu artıq fəaliyyətini başa çatdırıb. Onun görəcəyi heç bir iş yoxdur. Ölkə prezidenti də haqlı olaraq ona iradlarını bildirdi. Minsk qrupu o vəziyyətdədir ki, hətta Araik Arutyunyan kimi bir quldur da onu qəbul etmək istəmir. Nəticədə görünən odur ki, Minsk qrupunun hansısa bir fəaliyyət göstərməsi üçün platforma yoxdur”.
Millət vəkili ikinci yanaşmanın isə tamamilə absurd olduğunu vurğulayıb:



