SON XƏBƏR

Mingəçevirdə görülməmiş vəhşilik: Ekologiya Nazirliyi hara baxır? (VİDEO)

May 10
17:20 2018
Mingəçevir su anbarında tonlarla balıq məhv edilib.

Bu barədə Qaynarinfo-ya şəhər sakini Tərlan Hüseynli məlumat verib.
 
Onun sözlərinə görə, Mingəçevirdə bir qrup şəxs "karobka" adlandırılan tordan istifadə etməklə brakonyerliklə (balıqtutma qaydalarını və ətraf aləmin mühafizəsi haqqında digər tələbləri pozmaqla heyvanların ovlanması) məşğul olurlar:

"Balıqlar həmin torlara girir və çıxa bilmirlər. Qanunu pozanlardan biri həmin "karobkanı 2 həftədən çox suda saxlayıb. Balıqlar kürü tökmə mövsümündə olduqlarından çoxaldıqdan sonra tordan çıxa bilməyiblər və beləliklə, tonlarla balıq məhv olub. Toru quraşdıran şəxs isə ölmüş balıqları hövzəyə tökərək, ərazidən uzaqlaşıb".
 
Tural Hüseynli hadisənin görüntülərini də çəkib. Həmin videonu sizlərə təqdim edirik:
 
Qeyd edək ki, qanunvericilikdə Brakonyerliyə görə məsuliyyət (inzibati, cinayət və mülki) nəzərdə tutulur.
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook