SON XƏBƏR

Minaya düşərək həlak olan baş leytenant dəfn olunub

Mart 06
09:34 2023
Martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn olunub.

"Report”un Aran bürosunun məlumatına görə, şəhid baş leytenantın cənazəsi Neftçala şəhər qəbiristanlığında Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, K.Hüseynov Neftçala şəhərində anadan olub. O, subay idi.

Allah rəhmət eləsin!



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook