SON XƏBƏR

Milyonçu ruslar ölkədən qaçır - Dubayda təkcə daşınmaz əmlaka 12 milyard dollar xərcləyiblər

İyun 15
15:45 2022
İlin sonuna qədər Rusiyanı tərk edə biləcək dollar milyonçularının sayı 15 minə çata bilər. Ölkədəki milyonçuların ümumi sayı isə 101 min nəfər olaraq qiymətləndirilir.

"AzPolitika.info" xəbər verir ki, bu barədə sərmayə yolu ilə xarici vətəndaşlıq almağa kömək edən Britaniyanın "Henley & Partners" şirkətindən məlumat verilib. 

Şirkətin "New World Wealth” məlumatlarına istinad edən press-relizinə görə, Rusiya varlı vətəndaşların ölkəni tərk etməsinə görə lider ola bilər.

"Gözlənildiyi kimi, Rusiya son altı ayda ən çox milyoner emiqrasiyasını yaşayıb”, – hesabatda deyilir.
Rusiyalı milyonerlər daha çox Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Avstraliya, İsrail və Sinqapurda məskunlaşmağa çalışırlar. Eyni zamanda, varlı ruslar sanksiyalara görə aktivlərinin dondurulacağından qorxaraq ABŞ, Aİ ölkələri və Böyük Britaniyadan qaçmağa başladılar.

Ukraynada da milyonçuların böyük axını müşahidə olunur, faiz baxımından isə bu, Rusiyadakından da əhəmiyyətlidir. Şirkətin məlumatına görə, 2800 milyonçu ölkəni tərk edib – ümumi sayın 42 faizi.
Mayın əvvəlində rusların BƏƏ-də daşınmaz əmlaka tələbinin kəskin şəkildə artdığı bildirilirdi. 2022-ci ilin birinci rübündə Dubayda rus daşınmaz əmlak alıcılarının payı birdən-birə 67 faiz artıb, Əməliyyatların ümumi məbləği 12 milyard dollar qiymətləndirilir.

Eyni zamanda, ruslar Londondakı əmlaklarını Dubaydakı mənzillərə dəyişməyə başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook