Millimiz Bakıda Şimali Makedoniyaya uduzdu
Mart 03
07:33
2026
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un seçmə mərhələsində növbəti oyununa çıxıb.
Qlobal.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv Bakı İdman Sarayında Şimali Makedoniya yığmasını qəbul edib.
Gərgin keçən qarşılaşma millimizin 70:78 hesablı məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, seçmə mərhələyə Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) məğlubiyyətləri ilə başlayan yığmamız ötən turda İrlandiyanı (76:75) məğlub etməyi bacarmışdı.
Qeyd edək ki, hazırda A qrupunda Şimali Makedoniya 8 xalla vahid liderdir. Lüksemburq və Azərbaycanın hər birinin 5 xalı olsa da, millimiz üçüncü pillədə qərarlaşıb. İrlandiya isə 3 xalla sonuncu yerdədir.