Milli Şuranın və Müsavatın mitinqlərinə kənar partiyalar qatılacaqmı?
Sentyabr 06
09:37
2016
Dəvət gözləyən də, iştirak qərarı verənlər də var...
Milli Şura 11 sentyabrda, Müsavat Partiyası isə 18 sentyabrda Yasamal rayonunda, "İnşaatçılar" metro stansiyasının yaxınlığındakı "Məhsul” stadionunda mitinq keçirməyi planlaşdırırlar. AXCP-nin müzakirələrə razılıq verməməsi üzündən mitinqləri birlikdə təşkil etmək mümkün olmayıb. Hər iki mitinqə digər müxalifət partiyalarının qatılıb-qatılmayacağını araşdırdıq.
KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, KXCP mitinqlərin təşkilatçısı olmadığı üçün partiya şəklində qatılmayacaq. Ancaq KXCP üzvləri kütləvi aksiyalarda iştirak məsələsində hər zaman sərbəst olublar, indi də sərbəstdirlər: "Sərbəstdirlər, kim istəsə həmin mitinqlərdə fərdi şəkildə iştirak eləyəcək. Mövzudan asılı olmayaraq, bizim partiyada peşəkar mitinqçilər var ki, onlar keçirilən aksiyalarda iştirak edirlər və gözlərinin qurdunu öldürürlər”.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, mitinqdə iştirakla bağlı qərar qəbul etmək imkanlarının özünəməxsus olduğunu hesab edir: "Lakin Ümid Partiyasına mitinqlə bağlı müraciət olunmayıb. Müraciət olunmadığı və təşkilatçısı olmadığımız tədbirlərdə partiya olaraq iştirak etmir. Bu dəfə də bizə heç bir müraciət olmayıb. Təşkilatçısı olmadığımız üçün də yəqin ki, iştirak etməyəcəyik".
Mitinqlərin kütləviliyinin hansı səviyyədə olub-olmayacağı haqda isə İ.Ağazadə dəqiq nə isə deyə bilməyəcəyini söylədi: "İlkin proqnoz vermək istəmirəm”.
ADP sədri Sərdar Cəlaloğlu isə dedi ki, indiki sosial əhval-ruhiyyədən görünür ki, əhalinin mitinqlərə çıxmaq, mübarizədə iştirak etmək həvəsi yoxdur. Amma müxalifətin referendum və ölkədəki durumla bağlı mövqeyini ortaya qoyması lazımdır: "Ona görə də düşünürəm ki, mitinqlər tamamilə düzgündür. Mitinq təşkilatçılarının bir araya gəlməmələri isə təəssüf doğurur. Bizim partiyaya mitinqdə iştirak üçün müraciət edilməyib. Amma bu gün biz İdarə Heyətinin iclasında da ümumi qərara gəldik ki, partiya üzvlərinin kütləvi aksiyalarda iştirakını məhdudlaşdırmaq ixtiyarımız yoxdur. Qərar qəbul eləmişik ki, partiyanın üzvlərindən kim istəyir mitinqlərdə iştirak eləsin”.
AĞ Partiyanın sədri Tural Abbaslı mitinqlərin ayrı-ayrılıqda keçirilməsinin təəssüf yaratdığını bildirdi:"Təəssüf olsun ki, bu mitinqlər müxalifətin birgə mitinqi deyil. Bu məsələlərdə biz partiya olaraq bəzi protokol qaydalarına əməl etməyə məcburuq. Yəni bir partiya hər hansı mitinqdə iştirak edirsə, öz bayrağı və digər atributlarıyla iştirak etməlidir. Ancaq bu partiyalar öz adlarıyla mitinq keçirir deyə bizim belə iştirakımız uyğun olmaz. Bizə hələlik heç bir təşkilatçı partiya tərəfindən dəvət gəlməyib. Rəsmi dəvət gəlsə AĞ Partiya olaraq iştirak etmək mümkün olar. Ancaq hələlik dəvətin olmadığını nəzərə alaraq qərar qəbul olunub ki, üzvlərin fərdi iştirakı sərbəst buraxılsın. Yəni bu məsələdə söz daha çox təşkilatçı tərəfə düşür”.
T.Abbaslı onu da qeyd etdi ki, mitinqdən öncə pessimist proqnozlar vermək istəməsə də, keçirilmiş son mitinqlərin kütləviliyinə baxanda növbəti mitinqlərin kütləviliyi barədə o qədər də optimist deyil: "Mitinqlər birgə keçirilsə iştirak daha çox ola bilərdi. Hər halda, zaman göstərəcək”.

Eks-spiker Rəsul Quliyevi dəstəkləyən şəxslərin cəmləşdiyi Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə bildirdi ki, sentyabrın 4-də partiyanın ümumrespublika müşavirəsində Milli Şuranın və Müsavat Partiyasının mitinqi məsələsi də müzakirə olunub. GAP-ın Milli Şuranın və Müsavatın keçirəcəyi mitinqlərə dəstək verilməsi məqsədəuyğun bilinib: "Gələcək Azərbaycan Partiyası Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının sentyabr ayı üçün elan etdikləri mitinqlərin həmçinin Gələcək Azərbaycan Partiyasının özünün müstəqil mitinq keçirməsi ətrafında geniş müzakirə aparmışdır. Yekun olaraq indiki bir məqamda bölücülük xarakterli ayrı-ayrılıqda kütləvi etiraz aksiyalarının keçirilməsi məqsədəuyğun bilinməmiş və real müxalifət qüvvələrinin keçirəcəyi bütün aksiyalara dəstək verilməsi, mitinqdə partiya olaraq iştirak qərarı verilib”.
Qlobal.az