SON XƏBƏR

Milli Qəhrəman Natiq Qasımovun anası vəfat etdi

İyul 28
08:51 2025
Milli Qəhrəman Natiq Qasımovun anası 1942-ci il təvəllüdlü Dursun Qasımova Gəncə şəhərində vəfat edib.

"Report"un Qərb bürosunun məlumatına görə, onun uzun müddət səhhətində problemlərin olduğu bildirilir.

Yaxınları D.Qasımovanın sabah dəfn olunacağını bildirib.

Qeyd edək ki, Natiq Qasımov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook