SON XƏBƏR

Milli Qəhramanımızı tanıyaq- Valeh Müslümov

Mart 27
14:30 2016
Müslümov Valeh Əlizaid oğlu 1968-ci il 2 sentyabrda Lerik rayonunda doğulmuşdur. 1983-ci ildə 2 saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıdır.
 
1991-ci ilin avqustunda Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb. Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə rayonlarının ərazilərində gedən döyüşlərdə fəal iştirak edib. V.Müslümov 1992-ci il aprelin 8-dən 9-na keçən gecə Ağdərə rayonunun Marquşavan ərazisində gedən döyüşdə əsl qəhrəmanlıq nümunəsi göstərib. Düşmənlə qeyri-bərabər döyüşdə yaralanmış 11 nəfər döyüşçü yoldaşını mühasirədən çıxarıb təhlükəsiz zonaya apararkən aldığı ağır yaradan qəhrəmancasına həlak olub.
 
Onun igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilib.
 
İlk dəfə "Azərbaycan Milli Qəhrəmanı” adını almış 11 nəfərdən biri də Valeh Müslümov idi.
 
Qeyd edək ki, milli qəhramanımız subay idi.
 
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
 
Lerik rayonunda dəfn edilmişdir.
 
Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi açılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook