Milli Oftalmologiya Mərkəzi Qəbələdə aksiya keçirir
Yanvar 25
12:56
2019
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti tibbi aksiyasını yanvarın 25-26-da Qəbələ şəhərində keçirir.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Qəbələ Mərkəzi Rayon Xəstəxanasında "Görmə 2020” proqramı çərçivəsində keçiriləcək aksiyada məqsəd pasiyentləri müayinə-müalicə etmək, refraksiya anomaliyalarının aşkarlamaq, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir.