SON XƏBƏR

Milli Məclisin sabiq əməkdaşı intihar edib

Mart 09
20:06 2024
Azərbaycanda tanınmış iş adamının oğlu faciəvi şəkildə ölüb.

Qlobal.az manset.az-a istinadən xəbər verir ki, tanınmış iş adamı, tikinti maqnatı Əvəz Şükürovun oğlu Rəmzi Şükürov sirkə içərək həyatına son verib. O, üç gün xəstəxanada qaldıqdan sonra bu gün vəfat edib.

Onun hansı səbəbdən bu addımı atdığı bəlli deyil.

Rəmzi Şükürov Milli Məclisin sabiq əməkdaşı olub. Evlidir, üç uşaq atasıdır.

Qeyd edək ki, Rəmzi Şükürovun atası Əvəz Şükürov məşhur iş adamıdır. O, bir çox tikinti şirkətlərinin sahibidir.

Rəmzi Şükürovun özü isə bir sıra qalmaqallı hadisələrlə yadda qalıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook