Milli Məclisin “Porsche” satan şöbə müdiri kimin oğludur?
May 12
14:42
2020
Sosial şəbəkələrdə Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədova məxsus olduğu iddia edilən "Porsche” markalı avtomobilin satışa çıxarıldığı ilə bağlı məlumat yayılıb.
Məlumatda qeyd olunur ki, İlkin Məmmədov "Turbo.az" saytında avtomobilini satışa çıxarıb. Eyni zamanda, sosial şəbəkə hesabında da avtomobillə bağlı məlumat yerləşdirib.
Bizimxeber.az-ın araşdırmasına görə, Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov sabiq spiker Oktay Əsədovun yaxın qohumudur. Bir qədər də dəqiqləşdirsək Oktay Əsədov İlkin Məmmədovun bacısının həyat yoldaşının dayısıdır.
Həmçinin "Porsche” markalı avtomobilin ona məxsus olmadığını iddia edən İlkin Məmmədov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansında fəaliyyət göstərən "Azadlıq" və "Respublika" qonaq evinin müdürəsi İradə Nəriman qızı Babayevanın oğludur.
İradə Babayevanın adı mətbuatda çoxsaylı və dəbdəbəli mülkləri xaricilərə kirayə verərək özünə biznes sahəsi yaradan xanım məmur kimi keçib.