Milli Məclisin işçi qruplarına yeni rəhbərlər seçiləcək
Fevral 27
12:34
2016
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri yenidən seçilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin martın 4-nə planlaşdırılan növbəti iclasının gündəliyinə daxil edilib.
30-dan artıq işçi qrupuna yeni rəhbərlərin seçilməsi təklif edilir.
Qeyd edək ki, hazırda Milli Məclisin 82 ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Qlobal.az



