SON XƏBƏR

Milli Məclisin deputatları İsrailə səfər edəcəklər

Sentyabr 02
10:34 2016
Milli Məclisin deputatları Rauf Əliyev və Rasim Musabəyov Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün fevralın 24-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər. 
 
Tədbirlər Heydər Əliyev Fondunun dəstəyi ilə "Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası tərəfindən həyata keçirilir.
 
Anım mərasimləri zamanı İsrail Knessetinin  Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Aviqdor Libermanın təşəbbüsü ilə Xocalı faciəsi nəticəsində həlak olanların xatirəsinə Prezident Meşəsində 600-dən çox ağac əkiləcək.
 
Millət vəkilləri Xocalı hadisələri, Dağlıq Qarabağ münaqişəsi barədə mərasim iştirakçılarına geniş məlumat verəcəklər.
 
Deputatlar səfər çərçivəsində keçiriləcək digər tədbirlərə də qatılacaqlar.
 
Səfər fevralın 27-də başa çatacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook