Milli Məclis sülhməramlılarla bağlı Rusiya parlamentinə müraciət edəcək
Noyabr 29
14:10
2022
Milli Məclisin Regional məsələlər komitəsi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə Azərbaycan toponimlərini dəyişdirməsinə görə bu ölkənin parlamentinə müraciət ünvanlayacaq.
Onun sözlərinə görə, Rusiya sülhməramlıları üçtərəfli görüşdə imzalanan bütün protokollara, hətta Vladimir Putinin imzasına da hörmətsiz yanaşırlar: "Çünki protokolların hər birində regionların adı bizim qeyd etdiyimiz adla gedir. Bunu köhnə adla orda təqdim etməyin heç bir yeri yoxdur. Regional məsələlər komitəsi olaraq, bununla bağlı Rusiya Dumasının Regional komitəsinə müraciət hazırlamışıq. Sizinlə məsləhətləşəndən sonra müraciəti onlara göndərmək istəyirik. Eyni zamanda Rusiya Müdafiə Nazirliyinə, digər strukturlara göndəriləcək. Onsuz da ermənilər tərəfindən Qərbi Azərbaycanda mindən artıq toponimlərimiz dəyişib".



