Milli Məclis nikahın qeydə alınması və pozulmasına görə rüsumların artılmasını qəbul edib
Dekabr 03
13:02
2021
Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, dəyişikliklə nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır.
Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı, həmçinin məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləği 15 manatdan 20 manata dəyişdirilir.