Milli Məclis Fazil Mustafaya hücumla bağlı məlumat yaydı

Mart 29
00:35
2023
Bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb. Faktla bağlı hüquq – mühafizə orqanları tərəfindən cinayət işi açılıb.
Bu barədə Musavat.com-a Milli Məclisdən bildirilib.
TƏBİB-dən verilən məlumata görə, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir və həyati təhlükəsinin olmadığı bildirilir.