Milli Məclis “Elm haqqında” qanun layihəsinin müzakirəsini təxirə saldı
Fevral 23
13:37
2016
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir.
Virtualaz.org-un məlumatına görə, iclası açan sədr Oqtay Əsədov gündəliyi elan edib. Gündəliyə 6 məsələ daxildir.
Yeri gəlmişkən, bugünkü iclasda "Elm haqqında” qanun layihəsinin 2-ci oxunuşda müzakirəyə çıxarılacağı gözlənilirdi.
Layihə parlamentin əvvəlcədən elan olunan gündəliyinə də salınmışdı.
Amma iclasın başlamağına az qalmış məlum olub ki, "Elm haqqında” qanun layihəsinin müzakirəsi təxirə salınıb.
Bu barədə Oqtay Əsədov məlumat verib və bildirib ki, dövlət büdcəsi layihəsinə dəyişikliklər müzakirəyə çıxarıldığına görə, maliyyə məsələlərinə yenidən baxılacaq: "Buna görə də "Elm haqqında” qanun layihəsinin müzakirəsi təxirə salınır”.
Qlobal.az



