Millət vəkili Zəfər Günü ərəfəsində şəhid ailələri ilə görüşdü - FOTOLAR
Oktyabr 19
11:43
2021
Zəfər gününün 1 -ci ildönümü ərəfəsində Qarabağ şəhidlərinin xatirəsi ehtiramla yad olunur.
Şəki 115 saylı seçki dairəsində şəhid ailələrinin ziyarət edilməsinə Zəfər gününə 1 ay qalmış başlanılıb və bu günədək 50-ə yaxın şəhid ailəsi ilə görüşlər keçirilib. Bütövlükdə 30 ilə yaxın müddət ərzində Qarabağın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərin ailələrinə baş çəkilir, onların problemləri öyrənilir və lazımi köməkliklər göstərilir. Son günlərdə deputat Cavanşir Feyziyev Şəkidəki Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Şəkinin Qışlaq məhəlləsində, Çeşməli, Oraban və Baş Kəldək kəndlərində yaşayan şəhid ailələri ilə onların öz evlərində görüşüb.
Deputat şəhid ailələri ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam və Fərmanların, Milli Məclis tərəfindən müzakirə olunaraq qəbul olunan qanun layihələrinin mahiyyətindən danışıb və şəhid ailələrinin daim dövlətin və Prezidentin diqqət mərkəzində olduğunu vurğulayıb.

Keçirilən görüşlərdə şəhid ailələrinin kommunal xidmətlərlə bağlı sualları və çətinlikləri müvafiq icra orqanları ilə müzakirə olunaraq həll olunub, ailələrə maddi və ərzaq yardımı edilib, şəhid ailələrinin ali təhsil alan övladlarına lazımi texniki və maliyyə dəstəyi göstərilib. 115 saylı seçki dairəsinin ərazisində yaşayan şəhid ailələrinin ümumi sayı 130-a yaxındır. 8 Noyabr Zəfər gününə qədər bütün şəhid ailələrinin ziyarət olunması və onlara lazımi dəstəyin göstərilməsi planlaşdırılır.