SON XƏBƏR

Millət vəkili: "Laçın rayonu üzrə son 23 ildə ən yüksək göstəricidir"

Fevral 19
14:56 2016
"Hər bir seçicicimin, eləcədə ali məktəbləri, yüksək qiymətlərlə bitirən, savadlı, intelektual laçınlı gənclərin problemlərinin həlli, işlə təmin olunması üçün həm dövlət oraqanlarının, həm də özəl şirkətlərin qapısını döyməyə həmişə hazıram”.
 
Bu sözləri Laçın rayonundan millət vəkili seçilən Mahir Abbaszadə Qaradağ rayonunun Ümid qəsəbəsində yerləşən 7 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşündə sələndirib.
 
Karabakhmedia.az-n məlumatına görə görüşü açan Laçın Rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyev son illərdə rayonda təhsil sahəsində əldə edilən uğurlardan danışıb. M. Vəliyev təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə Mahir Abbaszadəyə minnətdarlıq edib. Öz növbəsində müəllim və şagirdləri salamlayan millət vəkili bildirib ki:
 
-Hörmətli müəllimlər, əziz şagirdlər! Növbəti dəfə sizlərlə görüşdüyüm üçün çox şadam. Əgər bir müddət öncə görüşünüzə millət vəkilliyinə namizəd kimi gəlmişdimsə, bu gün sizin parlamentdə təmsilçiniz kimi gəlmişəm. Fürsətdən istifadə edərək Yeni Azərbaycan Partiyasına, bu, partiyanın namizədi kimi mənə göstərdiyiniz etimada görə bir daha hər birinizə təşəkkür edirəm.Ulu öndərimiz Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu qeyd edərək deyirdi ki: "Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Istər Ulu Öndərimizin, istərsə də cənab prezidentin təhsilimizə göstərdiyi qayğı Laçın rayonunun təhsil işçiləridən də yan keçməyib. Ötən il ali məktəbə sənəd verən laçınlı məzunların 552-dən 303 nəfərinin ali məktəblərə qəbul olunması, Laçın rayonu üzrə son 23 ildə ən yüksək göstəricidir. Həmçinin bu ilki qəbul imtahanlarında rayon məzunlarının 54 nəfərinin 500-dən, 15 nəfərinin isə 600-dən yuxarı bal toplaması Laçın rayonu təhsilinin əldə etdiyi uğurlara bariz nümunədir. Bu uğurların ən başlıca səbəbkarı isə siz müəllimlərsiniz. İnanıram ki, dövlətimizin yaratdığı geniş imkan və şəraitdən istifadə edərək, gələcəkdə də daha böyük uğurlara imza atacaq, laçınlı gənclərin yüksək təhsil almasında əlinizdən gələni əsirgəməyəcəksiniz”.
 
Ölkəmizin təhsil sahəsində əldə etdiyi uğurlardan və görülən işlərdən danışan Mahir Abbaszadə bildirib ki, təhsil sahəsində ən diqqət çəkən nəticələr həm də məktəb binalarının tikintisinin geniş vüsət alması ilə bağlıdır: "Bu problemin həlli - məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının inşası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında, ölkə başçısının fərman və sərəncamlarında öz əksini tapıb. Təkcə ötən illər ərzində 3 minə yaxın yeni məktəb binası tikilib və əsaslı təmir edilib.Ölkəmizdə təhsilə göstərilən bu qayğıdan laçınlılarda bəhrələnib. Məhz dövlətimizin diqqət və qayğısı nəticəsində müxtəlif ərazilərdə eləcə də bu qəsəbədə sizlər üçün müasir,hər bir şəraitlə təmin olunmuş yeni evlər və məktəb binası tikilərək istifadəyə verilib.
 
Şagirdlərin arzu və istəklərini dinləyən millət vəkili qeyd etdi ki,"Bu gün "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatı”na keçidin əsasının qoyulması, bunun üçün həlledici amil olan insan kapitalının inkişafının ön plana çəkilməsi işləri davam edir:” Bilirsiniz ki, cənab Prezident dəfələrlə öz çıxışlarında bildirib ki, hər bir azərbaycanlı post-neft dövrünə hazır olmalı, bilik iqtisadiyatına keçidə qədəm qoymalıdır. Hazırda ölkəmizdə 2013-cü ildə təsdiq olunmuş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın prioritet istiqamətləri üzrə ciddi tədbirlər həyata keçirilir. Təhsil sistemində şəffaflığın təmin edilməsinə, yeni yanaşmaların tətbiqinə, müasir idarəetmə modelinə keçilməsinə, kadr potensialının səriştə baxımından gücləndirilməsinə xüsusi diqqət yetirilir. Müəllim peşəsinin ictimai nüfuzu yüksəlir, icbari təhsilin keyfiyyəti yaxşılaşır, müəllimlərin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılır, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yaxşı hazırlaşmaq imkanı yaradılır. Mən inanıram ki, ölkəmizin inkişafında yüksək savada malik, müasir elmi -texniki tərəqqidən bəhrələnən laçınlı gənclərimizin sayı daha çox olacaq. Seçdiyiniz millət vəkili olaraq problemlərinizin həlli istiqamətində əlimdən gələni əsəirgəməyəcəm və sizi əmin edirəm ki, hər bir seçicicimin, eləcədə ali məktəbləri, yüksək qiymətlərlə bitirən, savadlı, intelektual laçınlı gənclərin problemlərinin həlli, işlə təmin olunması üçün həm dövlət oraqanlarının, həm də özəl şirkətlərin qapısını döyməyə həmişə hazıram. Bir daha səmimi görüş üçün hamınıza təşəkkür edirəm”.
 
Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə məktəbin müəllimlərindən Varaşil İbrahimov, Venera Mirzəyeva, Osman Alıyev və başqları çıxış edərək səmimi görüş üçün Mahir Abbaszadəyə minnətdarlıqlarını bildirdilər.
 
Karabakmedia.az
 


 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook