Mikayılovun işçiləri tender keçirə bilmir?
İyul 20
09:47
2022
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tender qaydalarını kobud şəkildə pozub.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən qurum Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini suyla təmin etmək məqsədiylə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası (İkinci Şıxlı təsərrüfatı üzrə) obyekti üzrə tikinti işlərinin satınalınması ilə bağlı tenderə yekun vurub. Tenderin qalibi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi olub.
Tərəflər arasında imzalanan müqavilənin dəyəri 905 718.82 AZN təşkil edib.
Məsələ burasındadır ki, müsabiqənin qalibinin külli miqdarda vergi borcu var. Belə ki, Sumqayıt Melioservis İdarəsinin hazırda vergi borcu 104 174.22 manatdır.
Bu isə qanun pozuntusu deməkdir. İş burasındadır ki, "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.
Əlavə edək ki, Sumqayıt Melioservis İdarəsi vergi borcu olduğu halda ötən ay 6 tenderin qalibi olub. İmzalanan bu müqavilələrin ümumi dəyəri 725 min manat civarındadır.

Qeyd edək ki, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilovdur. Sumqayıt Melioservis İdarəsinin rəisi isə Orxan İmanlıdır.
Qarşı tərəf mövqe bildirə bilər.
Qlobal.az