Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
Aprel 22
13:00
2024
SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT..
NUH.az saytına daxil olan ərizədən bəlli olur ki, SOCAR-ın vitse prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə keçmiş həyat yoldaşı Fidan Abbasovaya qarşı Xətai məhkəməsində iddia qaldırıb. Və qarşı tərəfdən 100 min manat təzminat tələb edir.
Orxan İsmayılzadənin vəkili Aytən Əliyevanın imzaladığı müraciəti olduğu kimi dərc edirik:
"Cavabdeh Abbasova Fidan Loğman qızı tərəfindən mən və atam Mikayıl İsmayılov barəsində 04 yanvar 2024-cü il tarixdə "Yotube” sosial platformasında "1 xeber " kanalında "Sabiq məmur nəvəsindən imtina edir” başlığı ilə verdiyi müsahibədə səsləndirdiyi bütün məlumatların şərəf və ləyqətimi, işgüzar nüfuzumu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi və bu məlumatların adıçəkilən "Yotube” kanalında təkzib edilməsi və yaydığı məlumatlara görə üzr istənilməsi…
2.Cavabdeh tərəfindən 04 yanvar 2024-cü il tarixdə "Yotube” sosial platformasında "1 xeber " kanalında "Sabiq məmur nəvəsindən imtina edir” başlığı ilə verdiyi müsahibəni adı çəkilən kanaldan sildirməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması
3. Mənə dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 100000 ( bir yüz min ) manat məbləğində pul vəsaitinin xeyrimə tutulması barədə qətnamə çıxarasınız.
Qoşma – məktublar
Dövlət rüsumunun ödənilməsi barədə qəbz
İmza:
İddiaçı İsmayılzadə Orxan Mikayıl oğlunun nümayəndəsi və vəkili Aytən Əliyeva.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Redaksiyadan : Vəkil Aytən Əliyeva ilə telefon əlaqəsi saxladıq. Vəkil belə bir müraciətin-iddianın olduğunu təsdiq elədi.
Qlobal.az