Mikayıl Cabbarov Qurbanqulu Berdımuhammedovla görüşüb
May 11
12:38
2022
Türkmənistanda səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin Xalq Məsləhətxanasının sədri Qurbanqulu Berdımuhammedovla görüşüb.
"Report” xarici mətbuata istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin gücləndirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin yaradılması müzakirə edilib.
Tərəflər son illər Azərbaycan-Türkmənistan tərəfdaşlığının müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına güclü təkan olduğunu, iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin intensivləşdirilməsi, eləcə də qarşılıqlı məsləhətləşmələr vasitəsilə təcrübə mübadiləsinin aparılması üçün böyük potensialın olduğunu qeyd ediblər.



