MİDA-nın adından 439 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən qadın ifadə verib
İyul 07
12:02
2022
Dələduzluqda təqsirləndirilən Günay Məmmədovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib. Bildirib ki, təqsirləndirilən şəxs 439 min manatı ələ keçirməkdə ittiham olunur.
Məhkəmənin növbəti iclası iyulun 21-nə təyin edilib.
Qeyd edək ki, Günay Məmmədovanın Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan sosial binalardan mənzillərin ayrılması üçün 2019-2020-ci illər ərzində müraciət etmiş ayrı-ayrı şəxslərə guya agentliyin vəzifəli şəxslərinə rüşvət verilməsi müqabilində güzəştli şərtlərlə mənzillərin verilməsinə köməklik göstəriləcəyi barədə yalan vəd verərək ümumilikdə 46 nəfər şəxsə məxsus pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.