“Ümid edirik ki, Bakı ilə Tehran arasında münasibətlərdə mövcud gərginlik müvəqqəti xarakter daşıyır” - Lavrov

Mart 29
16:05
2023
"Ümid edirik ki, Bakı ilə Tehran arasında münasibətlərdə mövcud gərginlik müvəqqəti xarakter daşıyır və ən qısa zamanda aradan qaldırılacaq”.
"Report”un yerli bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.