"Ümid edirəm ki, Rusiya Dövlət Duması bir gün Xocalı faciəsinə diqqət yetirəcək" - Səfir

Fevral 27
09:31
2025
Ümid edirəm ki, gün gələcək ki, Rusiya Dövlət Duması Xocalı faciəsinə diqqət yetirəcək, ədaləti bərpa edəcək və həmin faciəli hadisələrin etirafı olacaq müvafiq qərar verəcək.
"Report”un Rusiya bürosunun məlumatına görə, bunu tarix elmləri doktoru, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan tədbirdə bildirib.