SON XƏBƏR

Meymunçiçəyi pandemiya xarakteri daşıyır? - Açıqlama

İyun 02
08:18 2022
"COVID-19 pandemiyasından sonra insanlarda meymunçiçəyi infeksiyası ilə əlaqədar narahatlıq artıb. İnsanlar düşünürlər ki, koronavirus bitmək üzrədir, lakin yeni bir virus gələ bilər. Bu da cəmiyyətdə həyəcana səbəb olur. Lakin narahatlığa əsas yoxdur”. 

Bunu Publika.az-a açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib. 

Həkim bildirib ki, meymunçiçəyi infeksiyası pandemiya xarakteri daşımır:

"Afrikanın müəyyən ölkələrində endemiya ocaqları var və meymunçiçəyi təbii ocaqlı bir infeksiyadır. Bu infeksiyanın mutasiyaya uğrayaraq yüksək sürətlə yayılması mümkün deyil. Tarixdə də meymunçiçəyi pandemiyası müşahidə edilməyib. Təbii çiçək xəstəliyinin pandemiyası olub. Hər iki virus bir qrupa daxil olsa da, müstəqil xəstəliklərdir”. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) insanlar arasında meymunçiçəyi xəstəliyinin yayılmasının tamamilə qarşısını almağın mümkün olmadığı fikrinə münasibət bildirən həkim qeyd edib ki, görünür, ÜST-də təmsil olunan bəzi rəsmilərin bu infeksiyadan xəbəri yoxdur. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook