SON XƏBƏR

“Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər” - TƏBİB

May 27
18:28 2022
"Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər”.

"Report” xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

O bildirib ki, bu, daha çox dəri səthindəki səpkilərə ikincili bakteriyalar qoşulan zaman baş verə bilər:

"Həmçinin xəstəliyi çox ağır keçirənlər arasında ola bilər. Amma ölüm ehtimalı kifayət qədər azdır”.

Şöbə müdiri deyib ki, bu virusun yayılmış iki alt tipi var:

"Qərbi və Mərkəzi Afrika tipləri. Bunlardan birinin öldürücülüyü heç bir faiz olmadığı halda, digərində 6-11 faiz təşkil edir".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook