Metropolitenin 50-dən çox əməkdaşı işsiz qalıb - Aylardır maaş almırlar
Avqust 12
14:42
2024
"Bakı Metropoliteni" QSC-nin tikinti departamentində çalışan işçilər aylarıdır ki, işsiz qalıb.
Qaynarinfo-ya daxil olan məlumata görə, metroda tikinti işlərinin başa çatması ilə əlaqədar departamentdə çalışan 50-dən çox əməkdaş aylardır öz hesablarına məzuniyyətə göndərilib.
Həmin işçilər aylardır əmək haqqından məhrum edilib və bu da onların ailələrində ciddi sosial problemlər yaradıb. Metropoliten əməkdaşlarına nə vaxt işə çıxacaqları ilə bağlı heç bir məlumat verilmir.
Məsələ ilə bağlı "Bakı Metropoliteni"ndən sorğumuza cavab olaraq bildirilib ki, hazırda metropolitendə əsaslı tikinti seqmentinə dövlət büdcəsindən təyinatlı vəsait qoyuluşu üzrə maliyyələşmədə mövcud olan durum nəticəsində tikinti işlərinin həcminin kəskin azalması, tikinti sahəsində çalışan işçilərin istismar sahələrində olan vakansiyalar nəzərə alınmaqla istismar xidmətlərindəki işlərə müvəqqəti təhkim edilməsi və ya bu sahədə işlə təmin edilməsi istiqamətində işlər həyata keçirilir. Bu zaman işçinin peşəsi, çalışdığı sahənin xüsusiyyətləri, vakansiya üzrə uyğunluğu, həmçinin işçinin razılığı və aidiyyəti üzrə digər zəruri məsələlər nəzərə alınır.
Qeyd edək ki, müvafiq departamentin rəisi Məzahir Nəbiyevdir. Onun rəhbərliyi altında işçilər 4 istiqamətdə fəaliyyət göstərirlər. Bunlar Tunel və Ümumi Tikinti işləri üzrə Dəstə, Xüsusi və Ümumi Tikinti işləri üzrə Dəstə, Xüsusi Tamamlama İşləri Dəstəsi və Dəmir Yolunun və Əsaslı Təmir İşləri üzə Dəstəsidir.