Mətbuat Şurası Əziz Orucovla bağlı DİN-ə müraciət ünvanladı
İyul 09
11:11
2022
Azərbaycan Mətbuat Şurası "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun özünə qarşı təhdidin olmasına dair Facebook sosial şəbəkəsində paylaşdığı statusla əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb.
Bu barədə Qaynarinfo-ya Mətbuat Şurasından bildirilib.
Müraciətdə bildirilib ki, "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov 8 iyul 2022-ci il tarixdə özünün Facebook səhifəsində naməlum şəxs tərəfindən təhdid edildiyi barədə paylaşım edib. Jurnalist hadisənin Bakıda "Sahil" bağında ailəsi ilə birlikdə gəzintidə olarkən baş verdiyini açıqlayıb və yaşanmış olayın peşə fəaliyyəti ilə bağlılığını qabardıb.
Qeyd olunub ki, Əziz Orucovun paylaşımı kifayət qədər ictimailəşib, müxtəlif şəxslər tərəfindən yayılıb. Olayı "söz və ifadə azadlığı, jurnalistin peşə fəaliyyətinə maneçilik törətmək, plüralist fikri boğmaq cəhdi kontekstində qiymətləndirənlər var” kimi fikirlərin yer aldığı müraciətdə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovdan məsələni şəxsi diqqətində saxlaması xahiş edilib, eyni zamanda, insidentin dərindən öyrəniləcəyinə, ona hüquqi qiymətin verilməsi üçün bütün müvafiq tədbirlərin görüləcəyinə inam ifadə olunub:
"Onu da arzu edərdik ki, jurnalistin peşə fəaliyyətinə görə təhdid edilməsi kimi motiv qazanaraq ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmaq niyyəti daşıyanlar üçün arqumentə çevrilmə ehtimalı yüksək olan bu məsələyə dair əsl həqiqətlər cəmiyyətə açıqlansın", - vurğulanıb.