SON XƏBƏR

Mətbuat "naemnik"lərdən təmizlənir?

Yanvar 18
09:25 2018
Mətbuat Şurasının sədri, Əflatun Amamşov dünən açıqlama verib deyib ki, internet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir. Saytlar da klassik Kütləvi İnformasiya Vasiələri (KİV)  kimi dövlət tərəfindən maliyyələşməlidir. Hörmətli deputat sonra "Həmin portalların maliyyə imkanları yoxdursa, bu və ya digər mənada özlərinin müstəqilliyini itirə bilərlər. Ayrı-ayrı şəxslər, məmurlar xəbər portalları ilə bağlı daha asan "əməkdaşlıq” edə bilər. Bütün bunlar da həmin şəxslər və məmurlarla bağlı baş verən olayların qeyri-dəqiq formada ölkə ictimaiyyətinə çatdırılmasını təmin etmiş olar...”-deyə, fikrini davam etdirib.
 
Mətbuat Şurasının sədrinin bu arzu-təklifi təqdirəlayiqdir, amma hörmətli deputatın "xəbər protalları müstəqilliyini itirə bilər” və ya "məmurlar xəbər portalları ilə daha asan "əməkdaşlıq” edə bilər” cümlələrini niyə gələcək zamanda vurğuladığını düzü, anlaya bilmədim. Söhbət hansı xəbər portallarından gedir? Bəyəm hörmətli sədr hələ də bilmir ki, mətbuat çoxdan nazirlərin, komitə sədrlərinin, şirkət rəhbərlərinin, nə bilim, canım sizə desin ASC, QSC, QHTlər... arasında bölünüb? Qağalar medianın real vəziyyəti belədir: bu dəqiqə hamı pul aldığı yeri "şişirtməklə” məşğuldur.
 
Biri var. Zənən xeylağıdı deyə adını çəkmirəm. Nurlu da xanımdı. O dəfə saytında götürüb nə yazsa yaxşıdı. Yazmışdı ki, qonşuluğumuzdakı prezidentləri barışdıran filan nazirimiz olub. Bilirsiz də hansı prezidentləri deyir, Putinlə Ərdoğanı nəzərdə tutur. Sonrada zilə qalxdıqlarını görüb yazını sildilər. Bu hələ şükürlüsüdür, babat qələmi var.
 
Biri də var. İşi-gücü bir komitə sədrini yerli-yersiz qorumaqdır. Allah evini tikmiş, əlinə silah alıb o vaxt erməniyə qarşı döyüşsəydi, bəlkə də indi qaçqın deyildi. Özü də həmişə deyir ki, bəs, "məllim bizim zonanın ağsaqqalıdı”. Zonanın ha. Qağa, qurban olum, ağsaqqal eldə olar, obada olar, kənddə-kəsəkdə olar. Allah evini tiksin, el-oba var, ağsaqqal da ola? 20 ildi, obşiteldəyik, o günü də qazımızı gəlib kəsdilər ki, limiti keçmisiniz. Ağbirçəklər qabağa çıxıb dedilər ki, bu dəqiqə obşitelin qabağından keçən yolu kəsəcəyik. Onlar da sağ olsunlar, başa düşən adamlardılar deyə, qazımızı bərpa edib getdilər.
 
Biri də var. O da elə "zonanın ağsaqqalı”nın yerlisidi. Amma bu ayrı "pazdı”. Özünü "iriçaplı” zənn edir. Deyilənə görə, bir dəfə götürüb ABŞ-ın Dövlət Departamentinə zəng edib ki, bəs, filan məmurun adını filan siyahıdan çıxarın. Departament şoka düşüb. Ki bu nədi ə, belə. Onlar da götürüb bura, məmləkətimizdəki adamlarına zəng ediblər ki, qağa filankəs kimdi? Məzəniz olsun. Sonra da deyirik ki, Qarabağ probleminin həlli niyə uzanır?
 
Biri də var. Bir ara pul aldığı məmurun adını çəkəndə deyirdi ki, mübarək insandı. Misirdəki haqq-hesabdan sonra leksionundan mübarək sözünü çıxartdı.
 
Biri də var. İşi-gücü ora-bura siyahı tutub göndərməkdir. Bədbəxt adını yaza da bilmir. Bunun yazdığını göndərdiyi adamlar orda necə oxuyur, ona məəttələm.
 
Bir də var. Yazıq savadlı, istedadlı adamdı. İdmançı narkotikaya oturan kimi, bu da oturub feysbukda, deyilənə görə, gündə 30-40 status yazmaq öhdəliyi götürüb. Amma istedadlıdı deyə, arada maraqlı statusları da olur. Özüm də hərdən layk edirəm.
 
Biri də var. Domeninin üstündə monopolist şirkətin "bayrağı” yellənir. Neçə illər idi ki, həmin şirkət ölkəyə ucuz, keyfiyyətsiz dərmanlar gətirib xalqı aıdatmaqla məşğul idi. İndi həmin şirkət daha bu işi görə bilmir, deyilənə görə. Bu da müsahibəsində deyir ki, bəs, saytımın maddi vəziyyəti ağırlaşıb. Əvvəl 12-13 işçim varıydı, indi 2-3 dənədi. Allah evini tiksin, camaat nə hayda, sən nə hayda...
 
Biri də var. Deyirdi ki, Ziya Məmmədov mənim atamdı. Yox, deyəsən, bu jurnalist deyil...
 
Biri də var...
 
Biri də var...
 
Biri də var, tez-tez deyir ki, hər şey yaxşı olacaq. 
 
Allah hamımıza səbr versin!
 
Cahandar Evsinköç
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook