SON XƏBƏR

Metallurgiya sahəsində istehsal 6,9 faiz artıb

Mart 10
10:02 2016
Cari ilin yanvarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 24,4 milyon manatlıq məhsul istehsal edilib.
 
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, istehsalın həcmi metallurgiya sənayesində 6,9 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 2,1 dəfə artıb.
 
Həmin dövr ərzində sözügedən sahə üzrə 15,2 min ton armatur, 599,2 ton polad borular, 28,7 min ton polad tökmə, 189,2 ton çuqun tökmə istehsal edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook