Məşhur türk şirkətində bıçaqlanma: Bir nəfər öldü
Oktyabr 12
12:50
2021
Oktyabrın 7-si saat 22 radələrində Abşeron rayonu ərazisində Şahin İslamovun almış olduğu xəsarət nəticəsində oktyabrın 10-u xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin iş yoldaşı Elnur Salmanov fəhlə kimi işlədikləri "Sunfood” MMC-yə məxsus anbarda şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Şahin İslamova bıçaqla xəsarət yetirmiş, nəticədə o, aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Elnur Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, "Sun Food” MMC qida sektorunda aparıcı şirkətlər qurupu olan "Azərsun Holdinq”ə daxil olan şirkətlərdən bidirir. Şirkət Azərbaycanın ən böyük 10 ixracatçı şirkətlərindən biridir.
Şirkətin rəhbəri İrfan Yılmazdır.
Qlobal.az