SON XƏBƏR

Məşhur pivə zavodu gömrük qaydalarını pozub - Cərimələnə bilər

Noyabr 30
15:54 2022
Dövlət Gömrük Komitəsində (DGK) "Carlsberg Azerbaijan” MMC barəsində inzibati iş başlanıb. 

Qaynarinfo xəbər verir ki, sözügedən şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur. 

Baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilən iş hakim Şövkət Nəcəfovanın icraatındadır. 

"Carlsberg Azerbaijan” MMC 1969-cu ildə istismara verilən Bakı Pivə Zavodunun yenidən qurulub. 2000-ci ildə qeydiyyata alınan MMC-nin nizamnamə kapitalı 25 000 000 ABŞ dolları, şirkətin qanuni təmsilçisi isə Alius Antulisdir. 

2017-ci ilə qədər "Baltika-Bakı” MMC adı ilə fəaliyyət göstərən "Carlsberg Azerbaijan” MMC ölkənin pivə istehsalı sahəsində liderdir. Pivə bazarının təxminən 75-faizi bu şirkətin payına düşür. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook