SON XƏBƏR

Məşhur gömrük “brokeri”ni dəstəkləyən erməni milyarder kimdir? – FAKTLAR…

İyul 21
09:53 2022
Uzun müddət ölkə mediasında adı çəkilən Əbülfəz Məlikov "yoxa çıxıb”. Əslən Şamaxıdan olan, gömrük işinin mahir bilicisi sayılan, bu səbəbdən də uzun illər gömrükdə rüsumların yığılmasından tutmuş, idarə edilməsinə qədər bütün proseslərdə başda dayanan "Broker” MMC-nin sahibi bir müddətdir "radardan itib”. Onun harada olduğu, nə işlərlə məşğul olması barədə heç bir məlumat almaq mümkün deyil.

Qlobal.Az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Əbülfəz Məlikovun hazırda Rusiyada olduğunu deyələr var. Amma onun Moskvada olmasını təsdiq edən heç bir dəqiq bilgi yoxdur. Bəzi məlumatlarda onun gömrük işlərinədən çəkildiyi, özünün biznesini idarə etmək üçün holdinq qurduğu bildirilir. Lakin həmin holdinqin konkret olaraq nəişlərlə məşğul olduğu da naməlumdur.

Qeyd edək ki, "Broker” MMC-nin rəhbəriolan sözügedən şəxs uzun müddət gömrük sisteminə nəzarət edib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ən etibarlı adamı olmaqla yanaşı, onun bütün işlərini görən Məlikov, bu səbəbdən də uzun müddət gömrükdə öz ağırlığını qoruyub saxlamağa nail olmuşdu. Son zamanlar onun gömrük sistemindən "qaçaq” düşməsi isə keçmiş DGK sədri Səfər Mehdiyevlə yola getməməsi göstərilir. Məlumatlara görə, Məlikov hələ 2016-cı ildən 2018-ci ilə qədər gömrükdə bir sıra araşdırmalar apararaq, mövcud pulların necə, hansı yolla və kimlərin əliylə yayındırıldığını müəyyən etməyə çalışıb. Bunun üçün o, yeni bir sistem belə müəyyən edib.

İddialara görə, Məlikov bu araşdırmalardan sonra gömrükdə yığılan, lakin ayrı-ayrı adamlar tərəfindən "kassadan” yayındırlan pulların izinə düşüb. Hətta onun qısa müddətdə hər il 1 milyard manata yaxın "kənar ciblərə qaçan” pulları müəyyən etdiyi və onların "kassaya” yönəltdiyi də deyilir. Səfər Mehdiyev Gömrük Komitəsinə sədr təyin edildikdən sonra isə durum dəyişir. O, ilk olaraq Kəmaləddin Heydərovun "kurasiyasından” çıxmağa nail olur. Ardından isə Əbülfəz Məlikova bütün qapıları bağlayır. Yalnız kiçik bir pay verməklə, onu işlərə qarışmamasını tövsiyyə edir. Həmin olaylardan sonra isə Əbülfəz Məlikov "Broker” MMC-nin fəaliyyətini məhdudlaşdıraraq, prosesdən uzaqlaşır. Və özünün şirkətlərini idarə etməyə başlayır.

JAMAZ.İNFO-nun araşdırmalarına görə, həmin vaxt Əbülfəz Məlikov "kənar ciblərə qaçan” pulların yerini müəyyən edib, həmin "kanalları” bağlasa da, yenə heç də kiçik olmayan məbləğlərin gizlədildiyini müəyyən edir. Lakin Gömrük Komitəsindəki "Nehrəm mafiyası”nın qarşısını almaq mümkün olmur. Hətta iddia edilir ki, həmin vaxt Məlikov Heydərovla görüşərək, "nehrəmlilər gömrükdən getmədən quruma nəzarət mümkün deyil” sözünü deyib.

Qayıdaq, Məlikovun hazırda harada olmasına. Yuxarıda yazdığımız iki versiyadan biri daha inandırıcıdır. Yəni, Əbülfəzin hazırda Moskvada olması ehtimalı daha böyükdür. Ona görə ki, uzun müddət gömrükdən yığdıqları hesabına Rrusiyada özünə böyük biznes qurmağa nail olan şamaxılı balası, həm də oradakı biznes tərəfdaşlarının da dəstəyini qazanıb. Gələn xəbərlərə görə, Məlikov Azərbaycan və Özbəkistandan Rusiyaya meyvə və tərəvəz gətirdərək, onun satışını həyata keçirir. Bundan başqa, Dağıstan və Çeçenistandan da mal-qara gətirərək, Moskvada ət satışını təşkil etməklə məşğuldur. Onun həmçinin marketlərinin olduğu, böyük meyvə-tərəvəz anbarlarına sahibləndiyi də verilən məlumatlar sırasındadır.

Bəs, Məlikova Moskvada dəstək verən kimdir və ya kimlərdir? Bu sualın cavabı elə də qəliz deyil. Hələ bir xeyli əvvəl də bu barədə mediada bir xeyli məlumatlar yayılmışdı. Həmin məlumatlara istinadə edərək demək mümkündür ki, Əbülfəz Məlikovu himayə edən əsas adam və ya adamları elə yaxın qohumlarıdır.

Məlumatlara görə, Əbülfəz Məlikovun həyat yoldaşı Rəna Məlikova əslən ermənidir. Onun əsl soyadı Məlikova deyil, Ovanesyandır. Rəna familiyasını Məlikovla evlədnikdən sonra dəyişdirib. Bu eyni zamanda, "Broker” MMC-nin sahibini ictimai qınaqdan, onun ermənilərlə qohum olması məsələsindən qaynaqlanacaq diskamfortdan yayınmaq üçün atılmış addım olub.

Amma Rəna Ovanesyan da heç də kiçik adam sayıla bilməz. JAMAZ.İNFO-ya daxil olan məlumatlardan belə aydın olur ki, sözügedən şəxs məşhur erməni milyonçu Ara Abramyanın doğmaca bacısı qızıdır. Belə ki, Rəna Ovanesyanın anası Raisa Ovanesyan Aabramyanın doğmaca bacısıdır. Bunu elə Abramyan da təsdiq edib və o mətbuata açıqlamasında da deyib ki, onun bacısı qızı hazırda Bakıda yaşayır, kürəkəni də azərbaycanlıdır. Hərçənd erməni milyarder öz açıqlamasında kürəkəninin Azərbaycanda nazir olduğunu söyləmişdi. "Ona sual veriləndə ki, kürəkəni hansı sahənin naziridir, o da cavabında bildirmişdi ki, "monopoliya naziri”.

Əbülfəz Məlikovu yaxından tanıyan adamlar deyirlər ki, o həyat yoldaşının erməni olmasına baxmayaraq, heç vaxt ermənilərlə biznesdən kənar əlaqə qurmayıb. Əksinə, Ara Abramyanın dəfələrlə dəstək verməsi təkliflərini də geri qaytarıb.

Məlumata görə, Aara Abramyan Əbülfəz Məlikova Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edən böyük bir biznes şəbəkəsinin qurulmasını təklif edib. Lakin Məlikov bundan boyun qaçırıb. Daha doğrusu, Ermənistan və Gürcüstanda bunu etməyin mümkün, Azərbaycanda isə namümkün olduğunu deyib. Bunu da belə əsaslandırıb ki, Azərbaycanda erməni məhsullarının kütləvi şəkildə satışının təşkil edilməsi, onun karyerasının sonunu gətirə bilər. Amma Məlikov buna qarşılıq olaraq, Ermənistandan Azərbaycana ətlik və südlük mal-qara, xırda buynuzlu davarlar, habelə başqa adlar altında erməni konyakları gətirməkdə Abramyanla razılaşıb. Bütün bunların hamısı isə Gürcüstan üzərindən həyata keçirilib. Ki, həm Ermənistandan birbaşa keçid olmayıb, həm də Gürcüstan üzərindən həyata keçirməklə iz itirilib.

Əslində, Abramyanın Məlikov haqqında "monopoliya naziridir” sözü yalan ifadə deyil. Əksinə, o, həqiqətən də gömrükdə inhisar yaratmışdı və onun icazəsi olmadan bir ədəd məhsul belə Azərbaycan ərazisinə daxil ola bilməzdi. Bəzi məlumatlara görə, Səfər Mehdiyev də onun yaratdığı sistemdən səmərəli istifadə etməyə çalışıb. Lakin bəzi düzəlişlər etməklə daha çox pul qazanmaq fikrinə düşüb ki, nəticədə, buna görə, vəzifəsindən oldu.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook