SON XƏBƏR

Mərmər məzar daşlarının baha olmasının səbəbi nədir? - VİDEO

Yanvar 14
11:22 2026
600, 1000, 2000, 3000 və daha baha... İstəkdən asılı olaraq daha yüksək qiymətə qəbir daşları sifariş edilir... Hətta 50-60 min manata qəbirüstü abidə hazırlanır...

Xezerxeber.az-ın xəbərinə görə, bildirilir ki, qəbir daşlarının bu qiymətə olmasına səbəb bəzi qranit və mərmərlərin xarici öləkərdən gətirilməsidir.

Zığ Bələdiyyəsinin qəbristanlığın idarə olunması şöbəsinin müdiri Uğur Salmanovun sözlərinə görə, mərmər və qranitlər əsasən Avropa ölkələrindən, Ukrayna, Türkiyə, İran və Hindistandan gətirilir. Qiymətlər də daşın istehsal olunduğu ölkəyə görə dəyişir.

Ustalar bildirirlər ki, tələbat daha çox ağ mərmərədir.

Baş daşıları arasında ən bahalısı isə qranit hesab olunur. Qranitdən olan standart baş daşının qiyməti 2500 manat təşkil edir. Sinə daşı da eyni materialdan hazırlanarsa, qiymət iki dəfəyə qədər artır.

Müsahibimiz deyir ki, bəzən qəbrüstü abidə də sifariş edilir. Abidə üçün 50-60 min manata qədər pul xərcləyənlər də var.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook