“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” AMEA-dan alınaraq BŞİH-ə verilib
Yanvar 11
14:49
2022
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat Bağı”və "Dendrologiya Bağı” publik hüquqi şəxslərin yaradılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq "Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və "Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən ediləcək.
Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti orqanlarla (qurumlarla) razılaşdırmaqla, "Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və "Dendrologiya Bağı” publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun layihəsini, nizamnamə fondunun miqdarını və işçilərinin say həddinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.