Mərkəzi Bank Zakir Qaralovun şirkətini cərimələdi
İyun 07
09:55
2022
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi” ASC-yə cərimə protokolu yazılıb.
Pia.az xəbər verir ki,, ASC barəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
İş hakim Gültəkin Əsədovanın icraatına verilib.
Məhkəmə iclası iyunun 9-na təyin edilib.
Qlobal.az