SON XƏBƏR

Mərkəzi Bank "Gəncəbank"ı məhkəməyə verdi

Mart 12
18:10 2016
Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilmiş "Gəncəbank” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
 
"Report”un məlumatına görə, AMB bankın müflis elan edilməsi, ləğvedici qismində "Azerbaijan İnternational Consulting Company” MMC-nin təyin edilməsi, ləğvediciyə ödəniləcək aylıq əmək haqqının 15 min manat məbləğində müəyyən edilməsi barədə tələb irəli sürüb.
 
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vəsatəti təmin etməyib.
 
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
 
Qeyd edək ki, AMB-nin İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook